Xəbər lenti

Ermənistanda “Ararat” konyak zavodunun direktoru saxlanıldı
Ölkə 21:10 24.07.2026

Ermənistanda “Ararat” konyak zavodunun direktoru saxlanıldı

Ermənistanda "Ararat” Konyak-Şərab-Araq Zavodunun direktoru Arman Davtyan saxlanılıb.

APA xəbər verir ki, zavod hazırda həbsdə olan iş adamı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyana məxsusdur.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Arman Davtyan külli miqdarda vergidən yayınma ittihamı üzrə saxlanılıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->