Xəbər lenti

Ermənistanda Azərbaycan dilinə maraq niyə artıb? - Ekspert
Ölkə08:20 06.07.2023

Ermənistanda Azərbaycan dilinə maraq niyə artıb? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın orta məktəblərində qonşu ölkələrin dillərini öyrənməyə önəm verilməsi həmin istiqamətdə mütəxəssis hazırlamağa hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Ermənistanın başa çatan tədris ilində türk, Azərbaycan, gürcü və fars dilləri olmaqla regional dillərin tədrisinə xüsusi önəm verməsini şərh edərkən deyib.
"Ümumiyyətlə, bütün region ölkələri qonşu dövlətlərin dillərini öyrənməkdə həmişə maraqlı olublar. Bu mənada, Ermənistanın orta məktəblərdə qonşu ölkələrin dillərini öyrənməyə önəm verməsi sırf həmin istiqamətdə mütəxəssis əldə etmək məqsədi daşıyır. Hansısa siyasi, diplomatik münasibətlərin tənzimlənməsi üçün gələcəkdə həmin ixtisaslı mütəxəssislərdən istifadə edəcəklər. Bu da gələcək perspektivdə İrəvanın region ölkələrilə əməkdaşlığa xüsusi önəm vermək niyyətindən xəbər verir. 
Azərbaycanda da magistratura pilləsində Azərbaycanın və ona qonşu ölkələrin iqtisadi və siyasi coğrafiyası ixtisası tədris edilir. Ölkəmizdə bəzi məktəblərdə rus, ərəb, fars, gürcü, talış, ləzgi, fransız dilləri də tədris edilir. Burada əsas məqsəd ixtisaslı mütəxəssislər yetişdirməkdir ki, gələcəkdə lazım olanda həmin kadrların bilik və bacarıqlarından istifadə etmək mümkün olsun”, deyə ekspert bilririb.
Qeyd edək ki, Ermənistan Təhsil Nazirliyinin məlumatına görə, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub. Onlardan 13-də fars, 3-də gürcü, 12- də türk və 4-də Azərbaycan dili tədris olunub.  "Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə dörd dil də öyrənilib. Daha 400 erməni  məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və fars) öyrənmək istəklərini bildiriblər. 
Rüfət Sultan