Xəbər lenti

Ermənistanda bir general və iki polkovnik həbs olundu - Aprel döyüşlərinə görə
Ölkə18:52 31.05.2016

Ermənistanda bir general və iki polkovnik həbs olundu - Aprel döyüşlərinə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib.
Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.
Qaynarinfo.az Report-a istinadən xəbər verir ki, hərbçilər səhlənkarlıq və hakimiyyətdən sui-istifadədə ittiham olunurlar və onlar 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Silah İdarəsinin sabiq rəisi general-mayor Melsik Çilinqaryan və həmin idarənin Avtonəqliyyat Xidmətinin sabiq rəisi polkovnik Armen Sarkisyan saxlanılıb.
Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin Kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mqer Papyan da saxlanılıb.
İlkin istintaq işləri davam etdirilir.
Qaynarinfo.az