
Ermənistanın Sisian rayonunun Şaxat kəndi yaxınlığında İrəvanda anadan olmuş 1993-cü il təvəllüdlü S.D.-nin cəsədi aşkarlanıb.
Qaynarinfo.Az xəbər verir ki, virtualaz.org-un məlumatına görə, polis gəncin donvurmadan öldüyünü açıqlayıb.
Elə həmin rayonda 1991-ci il təvəllüdlü müqavilə üzrə orduda xidmət edən V.Q.-nin donmuş meyiti tapılıb.
Məlumata görə, ölənlər bir hərbi hissədən digərinə yollanıbmışlar, lakin çovğuna düşüblər və azaraq donublar.
Qaynarinfo.Az