Xəbər lenti

Ermənistanda rus hərbçinin meyiti tapıldı
Ölkə11:00 15.06.2015

Ermənistanda rus hərbçinin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb. 

anspress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu Gümrüdəki Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgər olub. 

Bu barədə məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan verib. 

Onun sözlərinə görə, hələlik əsgərin təvəllüdü bəlli deyil. Ancaq onun Ermənistanda 2-3 aydır qulluq etdiyi bilinir. 

Hərbçinin meyitinin üzərində bıçaq xəsarətləri olub. 

Hələlik hadisə barədə istintaqın heç bir versiyansı yoxdur.

Qaynar.info