Xəbər lenti

Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırıldı
Ölkə12:24 09.02.2021

Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistandan Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə hərbçilərin göndərilməsi dayandırılıb.
Report xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Ermənistanda faktiki olaraq silahlı qüvvələrin qış çağırışı başlayıb. Məlumata görə, çağırışçılar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcək.
O da qeyd edilib ki, xidmət ediləcək hərbi hissənin seçilməsi ilə bağlı ənənəvi püşkatılan yerlər siyahısında Qarabağın adı göstərilməyib.