Xəbər lenti

Ermənistanın hərbi büdcəsi azalacaq
Ölkə20:29 10.09.2025

Ermənistanın hərbi büdcəsi azalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.
O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək. "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə isə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.
N.Paşinyan əlavə edib ki, Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb:
"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Məsələn, biz 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və öhdəlikləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.