Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi ötən gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Qrabağda gedən döyüşlərdə məşhur erməni terrorçu, "Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.
Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.
Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.