Xəbər lenti

“Ermənistanın yeni müdafiə naziri Moskvanın adamıdır..." - Ekspert
Ölkə11:00 03.10.2016

“Ermənistanın yeni müdafiə naziri Moskvanın adamıdır..." - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan prezidenti Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən azad edib. Serj Sərkisyan onun yerinə Vigen Sərkisyanın müdafiə naziri təyin olunması haqqında fərman imzalayıb. 

Ermənistanda yeni müdafiə nazirinin gəlişi Qarabağ münaqişəsinə nə qədər təsir edəcək? Hərbi ekspert Üzeyir Cəfərli Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, Vigen Sərkisyan Serj Sərkisyanın göstərişlərinə əməl edəcək:

"Ohanyan indiyə qədər Serj Sərkisyanın göstərişinə əməl edirdisə, yeni müdafiə naziri də eyni qaydada yerinə yetirəcək. Heç nə dəyişən deyil. Özünüz də görəcəksiniz ki, Seyran Ohanyana yeni vəzifə veriləcək. Çünki Ohanyan Sərkisyanın çox sirrlərini bilir. Onlarin bir yerdə əlləri Azərbaycanın silahsız vətəndaşlarının qanlarına bulaşıb. Ohanyan Sərkisyan üçün mühim adamdır. Vigen Sərkisyan isə prezident aparatının rəhbəri olan zaman Moskvaya yaxın olduğuna görə, ondan gözləntim yoxdur. Ermənistanın bir məqsədi var, o da status-kvonun saxlanılması və qarşılarında duran çirkin məqsədə nail olmaqdır".

Xatırladaq ki, Vigen Sərkisyan bundan öncə  prezident aparatının rəhbəri vəzifəsini tuturdu.

Pərvin Zeynal

Qaynarinfo.Az