Xəbər lenti

Ermənistanla işbirliyi olan azərbaycanlı məmur kimdir?
Ölkə06:20 22.10.2013

Ermənistanla işbirliyi olan azərbaycanlı məmur kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın ət bazarında Ermənistandan gətirilən ət üstünlük təşkil edir

Ermənistandan Azərbaycana ətlik qara danalar gətirilir və Bərdə rayonunda saxlanılır. Hazırda Bərdədəki heyvandarlıq kompleksində 1000-dən artıq Ermənistandan gətirilmiş qara dana bəslənilir.

Bu barədə pia.az-a daxil olan məlumatda bildirilir ki, Kənd Təssərrüfatı sahəsində yüksək vəzifəli məmurlardan biri Ermənistanla biznes əlaqəsi qurub. Belə ki, həmin məmur Ermənistan sortu olan qara danaları Gürcüstan vasitəsi ilə Azərbaycana gətirir və Bərdə rayonunda yerləşən iri heyvandarlıq kompleksində bir neçə ay bəslədikdən sonra, həmin danalar kəsilərək bazara çıxarılır.

Mənbə bildirir ki, hazırda Bərdədə Ermənistandan gətirilmiş 1000-dən artıq dana bəslənilir. Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyndə çalışan yüksək çinli məmura məxsus olan həmin heyvandarlıq kompleksi məhz bu məqsədlə inşa olunub və artıq iki ildən artıqdır ki, həmin məmur Ermənistanla biznes əlaqəsi quraraq Ermənistan sortu qara danaları Azərbaycana gətirir.

Ermənistan iqtisadiyyatının çiçəklənməsinə töhvə verən həmin məmurun kimliyi barədə araşdırmalar aparırıq və yaxın zamanda yəqin ki, əldə etdiyimiz nəticələri oxucularmıza təqdim edəcəyik./pia.az/