Xəbər lenti

Şərti adı “Rayan”: “Azov”un azərbaycanlı döyüşçüsünün hekayəsi
Ölkə07:14 18.05.2022

Şərti adı “Rayan”: “Azov”un azərbaycanlı döyüşçüsünün hekayəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demək olar ki, hər gün Ukraynaya dünyanın müxtəlif yerlərindən təcrübəli müharibə veteranlar və könüllülər gəlir. Xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, təkcə müharibənin ilk həftəsində 52 ölkədən 20 min əcnəbi Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. 
Qaynarinfo xəbər verir ki, Ukrayna mətbuatının nümayəndələri onların bəziləri ilə söhbət edir və digər ölkələrin vətəndaşlarının niyə Ukrayna uğrunda canlarını verməyə hazır olduqlarını öyrənir. Həmin döyüşçülərdən biri də adını açıqlanmasını istəməyən bizim həmyerlimizdir. Onunla olan söhbətin tərcüməsini təqdim edirik.
Qolunda Azov şevronu olan qarasaçlı gənc qısaca özünü təqdim edir: "Şərti adım "Rayan”, belə çağıra bilərsiniz". Onun 26 yaşı var və Azərbaycanda anadan olub. Bu gün "Rayan" ukraynalılara torpaqlarını rus işğalından müdafiə etməyə kömək edən minlərlə əcnəbidən biridir.
Bu cavan oğlan daha yaxşı həyat axtarmaq üçün 2018-ci ildə Ukraynaya köçüb. O, Ukrayna havasına nüfuz edən söz və fəaliyyət azadlığını bəyənib. Döyüşçümüz Kiyevdə özünə hərtərəfli şərait qura bilib: tərcüməçi kimi uğurlu karyera qurub, mənzil alıb və ailəsini Azərbaycandan Ukraynaya gətirib. Yeri gəlmişkən, onun qohumları Ukrayna paytaxtı üzərində partlayış səslərinin kəsilmədiyi vaxtda da Kiyevi tərk etməkdən imtina ediblər.
"Mən azadlığı həqiqətən yüksək qiymətləndirirəm və borcumu ödəmək istədim, - Azov döyüşçüsü öz qərarını belə əsaslandırır. - Mən bu ölkəni səmimi qəlbdən sevirəm və ilk gündən könüllü kimi qeydiyyatdan keçə biləcəyim yeri axtarırdım".
Bu işin asan olmadığı üzə çıxdı: Dağlıq Qarabağ zonasında hərbi xidmət təcrübəsinə baxmayaraq, əvvəlcə onlar əcnəbini Ukrayna hərbçilərinin sıralarına qəbul etməkdən imtina ediblər. "Rayan”a "Azov”da xidmət keçən bir dostu kömək edib. "Yalnız döyüş təcrübəm olduğu üçün məni qəbul etməyə razılaşdılar", - deyə cavan oğlan sevinir.
Dərhal xarici legiona daxil ola bilməsə də, müharibənin ilk günlərindən Rayan Kiyev sakinləri ilə çiyin-çiyinə paytaxtı müdafiə edir - döyüşlərdə fəal iştirak edir, naryadlara çıxır və sona qədər qalmağı planlaşdırır. "Mən ölkəmə qayıtmaq fikrində deyiləm, çünki mənim evim buradadır", - Rayan qətiyyətlə bəyan edir.
Xatırladaq ki, həmyerlimiz haqda bundan artıq məlumat əldə edə bilmədik. 
Nizami Bağırov