"Mağazalarda az olan məhsil bir anda yoxa çıxdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmli koronavirusla əlaqədar iki gün vətəndaşların evdən çıxmaması ilə bağlı qarardan sonra Bakı sakinlərinin marketlərə axışmasını əks etdirən fotolardan danışarkən deyib. Ekspert qeyd edib ki, həmin mənzərəni yaxından müşahidə edib:
"Mən mağazada müşahidə aparırdım. Əslində, alıcılar iki günlük ehtiyaclarını alırdılar. Ancaq mağaza və iri marketlərdə piştaxtalardakı malın azalmasının səbəbi onların çox ərzaq alması ilə bağlı deyil. Deməli, dükanlarda ehtiyac əvvəlki aylardan fərqli olaraq, dünən çox az idi. Əgər əvvəlki aylarda əvvəldən elan olunmuşdusa, indi bir gün qalmış elan edildi. Bu müddət kifayət etmir ki, ticarət mərkəzləri mal-məhsul gətirmək üçün sifariş etsinlər. Hətta onu sifariş etsələr belə, şənbə-bazar günləri alıcılıq qabiliyyəti olmayacaq, mağaza bağlı olacaq deyə bu hal özünü biruzə verdi. Yəni, sahibkarlar mal-məhsul sifariş etmədi. Onlar düşündü ki, iki gün mağazalar bağlı qalacaq, aldıqları mal xarab olacaq. Mağazalarda az olan məhsul isə bir anda yoxa çıxdı. Əlbəttə, insanlar öz ehtiyatlarını təmin etmək istəyir”.
Vahid Məhərrəmov bildirib ki, bu cür hallar yalnız Azərbaycanda baş vermir:
"Avropa mağazalarında biz bunu neçə ay öncə müşahidə elədik. Mənzərə təsirli idi. Ərzağı maşınlarla daşıyırdılar. Azərbaycanda isə alıcılıq qabiliyyəti çox ağaşıdır. Sadəcə, insanlar eyni vaxtda mağazalara axışdı deyə, hər şey tez bir zamanda yoxa çıxdı”.
Bahar Rüstəmli
Şərhlər