Xəbər lenti

Ərzaqın da qiyməti QALXDI
Ölkə07:44 04.12.2013

Ərzaqın da qiyməti QALXDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Benzinin qiymətinin artması ərzaq məhsullarına da təsirini göstərib.

Qaynar.info xəbər verir ki, bu gün Bakının bir neçə iri marketində ərzaq məhsullarının qiyməti qaldırılıb.

Satıcılar isə ərzaq məhsullarının qiymətinin market rəhbərlərinin göstərişi əsasında qaldırıldığını deyirlər. Qiyməti artan məhsullar arasında əsasən yağ, şirniyyat və spirtli içkilər yer alıb. Satıcılar qiymət artımının səbəbi kimi yanacağın bahalaşmasını gösətirirlər. Yaxın günlərdə çörəyin də qiymətinin artacağını da bildirirlər.

Elkin Xəlilov

Qaynar.info