Xəbər lenti

Dünya 13:02 21.08.2022

"Əş-Şəbab "Həyat" otelində 20 nəfərin həyatına son qoydu

Somali "Hayat" otelindəki girov vəziyyətinin qanlı sonu 30 saat davam edən qarşıdurmadan sonra Somali təhlükəsizlik qüvvələri ölkənin paytaxtında "Həyat" adlı oteldə "Əş-Şəbab"ın hücumuna və girov götürülməsinə son qoyub.

Qaynarinfo bu barədə "France24"-ə istinadən xəbər verir.

"France24" ən azı 13 nəfərin öldüyünü açıqlasa da, CNN hücum və girov götürülmə zamanı 20 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirir.

Məlumata görə dünən səhər Əş-Şəbab terror qroplaşması Somalinin paytaxtında "Həyat" otelinə  hücum edib.

Moqadişu polisinin məlumatına görə, iki minalanmış avtomobil oteli hədəf alıb. Sonra Əş-Şəbab hücumçuları otelə daxil olaraq atəş açıb və orda olan insanları girov göturməyə çalışıblar.

Əş-Şəbab, Əl-Qaidə şəbəkəsinə bağlı silahlı terror qruplaşmasıdır və Afrikada yüzlərlə insanın ölümünə səbəb olan bir çox terror əməliyyatlarının arxasında dayanır.

M.Arif

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->