"Səhhətimdə heç bir irəliləyiş yoxdur, əvvəlki kimi qalır".
Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.
Vəkil müalicəsinin davam etdiyini xatırladıb:
"Dözürəm, neyləmək olar. Müalicələr davam edir. İşə çıxmıram, bütün günü evdə oluram, dostlarla telefonla əlaqə saxlayıram. Həkimlər deyir özünü qorumalısan. Bizim də ömrümüz belə yazılıb. Maraqlanan dostlara salam olsun”.
Əsabəli Mustafayev ölkədən kənara müalicəyə getmədiyini vurğulayıb: "Ona imkan yoxdur".
Qeyd edək ki, 2024-cü ildə vəkil Əsabəli Mustafayevin səhhəti pisləşib. Həkimlər onun infarkt keçirdiyini bildirib. Bundan bir müddət sonra vəkil insult keçirib.
Bahar Rüstəmli
Şərhlər