Xəbər lenti

Əsəd rejiminə qarşı qadın briqadası
Ölkə13:16 05.08.2013

Əsəd rejiminə qarşı qadın briqadası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onlar son damla qanlarına kimi vuraşacaqlarına andı içiblər

Suriyanın paytaxtı Dəməşqdə qanlı döyüşlərin getdiyi bir vaxtda, qadınlar hazırkı rejimə qarşı döyüşmək üçün silaha sarılıblar. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Dəməşqin Guta-əl bölgəsində qadınlardan ibarət yeni silahlı birlik yaradılıb.

“Şəhid Anaları Batalyonu” adı ilə qurulan silahlı birlik Azad Suriya Ordusunun (ASO) tərkibində Əsəd rejiminə qarşı mübarizə aparacaqlar.

Qeyd edək ki, Bəşər Əsəd rejiminə bağlı ordu birliklərinin məlum hücumları zamanı həyat yoldaşını və yaxınlarını itirən qadınlar, son damla qanlarına kimi düşmənlə vuraşacaqlarına andı içiblər.


Qaynar.info