Xəbər lenti

İdman 15:57 21.07.2023

Əsgər Abdullayev “İmişli” ilə anlaşdı - Yerinə kim gələcək?

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Əsgər Abdullayev yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq "İmişli” ilə anlaşıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, tərəflərin bu gün münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. Komandanın yeni mövsümdən qarşıya qoyulan hədəflərə çatması üçün məhz Abdullayevin köməyinə ehtiyac duyulur.
 
Keçmiş futbolçu həm də AFFA-nın Məşçqilər Komitəsinin (MK) üzvü idi. Maraqlıdır, Abdullayev Komitəni tərk edəcəyi halda onu kim əvəzləyəcək? Hər hansı namizəd mövcuddurmu?

Bu barədə sualı MK-nın sədri Vaqif Sadıqov cavablandırıb. O, hələlik heç bir müzakirə aparılmadığını dedi:

"Hazırda heç kim Əsgər Abdullayevin yerini tutmur. O, "İmişli” ilə hələ müqavilə bağlamayıb. Bağlayandan sonra hansısa müzakirələr aparılacaq. Gedəcəyi təqdirdə onu kimin əvəzləyəcəyi haqda müzakirələr yoxdur. Veriləcək qərarlara uyğun addımlar atacağıq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->