Xəbər lenti

Əsgər Əli İbrahimlinin ölümü ilə bağlı cinayət işi başlanıldı
Ölkə10:10 09.10.2025

Əsgər Əli İbrahimlinin ölümü ilə bağlı cinayət işi başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.
Bu barədə Qaynarinfo-ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP-da cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.