Xəbər lenti

Əsgərimiz güllə yarası aldı
Ölkə06:32 01.04.2013

Əsgərimiz güllə yarası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 30-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə əsgər Toğrul Abdullazadə güllə yarası alıb. O, hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Faktla əlaqədar araşdırma aparılır.

Qaynar.info