Xəbər lenti

Əsgərimiz yaralandı
Ölkə15:45 27.05.2014

Əsgərimiz yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan silahlı bölmələri Füzuli rayonunun cəbhə xəttində yerləşən Alxanlı kəndini atəşə tutub.

Anspress-in məlumatına görə, snayperdən atılan atəş nəticəsində Lənkəran şəhərindən hərbi xidmətə çağırılan Mehman Mirzəzadə yaralanıb.

Yaralı əsgər ərazidə yerləşən hospitala çatdırılıb. Onun vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Yerli sakinlər xəbər verir ki, Ermənistan silahlı bölmələri Tərtər rayonunun Qapanlı kəndini də atəşə tutub. Evlərə və kənd təssərrufatına ziyan dəyib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qaynar.info