Xəbər lenti

Əsgərimizi komandiri qətlə yetirib? (FOTOLAR)
Ölkə21:45 16.03.2013

Əsgərimizi komandiri qətlə yetirib? (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində daha bir əsgərimizin həlak olması barədə xəbər yaymışıq.

Orada göstərilir ki, Cəlilabad Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Miriyev Elvin Fikrət oğlu aldığı güllə yarasından həlak olub. Lakin bu saatlarda məlum olur ki, əslində əsgərimizi hərbi hissədə öz komandiri öldürüb. 

Bu barədə musavat.com-a Miriyev Elvinin bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev məlumat verib. O deyib ki, əsgəri öz komandiri yatdığı yerdə, kətillə (taburetka) başından vuraraq qətlə yetirib.

Komandirin adı, hadisənin daha aydın detalları barədə xəbər toplamaqdayıq.

Qaynar.info