Xəbər lenti

Əsgərlərimiz üçün Hospitalda izdiham - FOTOLAR
Ölkə11:22 04.04.2016

Əsgərlərimiz üçün Hospitalda izdiham - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə bölgəsində gedən döyüşlərdə yaralanan əsgərlərimiz Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilib. Qaynar.info xəbər verir ki, belə durumda əməliyyat olunan hərbiçilərimizin qana ehtiyacı olması başa düşülən haldı.

Məhz bu səbəbdən sözügedən hospitalda qanvermə aksiyasına start verilib. Artıq 3-cü gündü ki, aksiya davam edir. Cavanından qocasına qədər hər kəs qan vermək üçün hospitala axışır. Sevindirici haldı ki, qan vermək üçün paytaxta bölgələrdən də üz tutan vətəndaşlarımız var. Hətta əməkdaşlarımız hadisə yerində olarkən, hospitalın Nəzarət Buraxılış Məntəqəsində izdihama rast gəliblər. Qanverənlərin sayı çox olduğundan gələn vətəndaşlara "gedin, sabah gələrsiz" deyilir. 

Amma görəvlilərin bu xahişinə əməl etməyən vətəndaşlarımız da var. Belə olan halda NBM-də mühafizəni təşkil edən vəzifəlinin başı qarışan kimi, gizlincə hospitalın həyətinə daxil olub, qanvermə məntəqəsinə tərəf qaçanları da gördük. Çətin də olsa, biz də qanvermə məntəqəsinə daxil ola bildik. İçəridə növbə gözləyən onlarla gəncə rast gəldik. Oğlanlı, qızlı hər kəs qan bağışlamaq üçün bir-biri ilə mübarizə aparır. 

Qan vermək istəyən şəxs əvvəlcə blankı doldurur, daha sonra isə növbəsini gözləyir. Onu da dəqiqləşdirdik ki, daha çox mənfi rezuslu qana ehtiyac var. Mülkü vətəndaşlarla yanaşı, zabitlər də öz əsgərlərinə qan vermək məqsədi ilə məntəqəyə baş çəkənlər arasında idi. 

Hospitalı tərk edəndə bir gəncin içəri daxil olub, qan vermək üçün yalvardığını da gördük. Gəncimiz israrla bildirdi ki, onda nadir tapılan -4 rezuslu qan qrupudu. Həmin cavan oğlanın israrı sonda faydasını verdi və o da digər vətəndaşlar kimi əsgərlərimiz üçün damarından gələni əsirgəmədi.

Qafqaz Rafiqoğlu

Emil Səfərov

Qaynar.info