Xəbər lenti

Əsir düşən azərbaycanlılardan xəbər var
Ölkə11:29 23.08.2014

Əsir düşən azərbaycanlılardan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni tərəfi girov azərbaycanlılar üzərində məhkəmə qurmağa hazırlaşır

Erməni tərəfi Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyev  üzərində məhkəmə prosesi qurmağa hazırlaşır. 

Qaynar.info xəbər verir ki, musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə separatçı rejimin “müdafiə naziri” Movses Akopyan açıqlama verib. 

“Konkret halda söhbət üzvləri saxlanılan və ya öldürülən bir mütəşəkkil dəstədən gedir. Onlar “DQR” qanunları ilə mühakimə ediləcəklər”, - deyə saxta müdafiə naziri bildirib.

Beləliklə, bir daha aydın olur ki, işğalçı tərəf rəsmi Bakının girovu girova, meyiti meyitə dəyişmək təklifini qəbul eləməyə hazırlaşmır.  

Qaynar.info