Xəbər lenti

Əsir düşən diversant danışdı
Ölkə11:37 30.01.2014

Əsir düşən diversant danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan  Yanvarın 28-də sərhədin Tovuz istiqamətində, daha dəqiq desək Əlibəyli kəndi yaxınlığında erməni diversiya qrupunun bələdçisi Mamika Tiqranoviç Xocayan ANS-in suallarını cavablandırıb.

Özünü yaxşı hiss etdiyini deyən erməni əsir burda ona göstərilən diqqətdən razıdır.

Xocayan özü barədə isə qarışıq məlumatlar verir. Gah dövlət təhlükəsizlik xidməti orqanlarının yaxşı bir işçisi, gah da spirtli içki hazırlayan üzümçü kimi təqdim edir. Hazırda xəstəxanada erməni əsirin müalicəsi davam etdirilir.

“Ermənistanda 2 dənə böyük bağım var. 2 maşınım var. Həmin 2 maşınla həyətimdəki üzümü yığıb əzib sıxmışam. 20-40 litr təmiz araq çəkmişəm. Özümü burda yaxşı hiss edirəm. Yıxılmışam qolum sınıb, indi hər şey yaxşıdır, qolum da yaxşıdır, burda mənə yaxşı baxırlar”.

Həkimlər onun vəziyyətinin kafi olduğunu deyirlər.

Qaynar.info