Xəbər lenti

Əsirlikdən qayıdan Aminin vəziyyəti necədir? (AÇIQLAMA)
Ölkə20:10 14.12.2020

Əsirlikdən qayıdan Aminin vəziyyəti necədir? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zəng edib bildirdilər ki, Amin artıq əsirlikdən qaytarılıb. Hazırda Bakıda xəstəxanadadır”.
"Report”un məlumatına görə, bu sözləri Vətən müharibəsi zamanı Ermənistan hərbçilərinə əsir düşmüş və bu gün Azərbaycana qaytarılan hərbçimiz Amin Musayevin qohumu Çinarə Əliyevə bildirib.
"Amin hazırda Bakıda xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğunu dedilər”, - deyə, o qeyd edib.
Qeyd edək ki, bu gün daha bir neçə azərbaycanlı əsir vətənə gətirilib.