
Milli Məclisin iclasında çıxış edən deputat Etibar Hüseynov deputat İqbal Ağazadənin həbsdə olan gənclərin təcridxanada çəkilmiş fotoşəkillərini yaymasına ötən iclasda etiraz bildirməsinə qarşı çıxdı.
O iddia etdi ki, bu şəkillər elə məhbusların özləri tərəfindən çəkilib və yayılıb. “Rauf Arifoğlu, Pənah Hüseyn və digərləri 2003-cü ildə Bayıl həbsxanasında yatanda onların həbsxana şəkilləri qəzetlərdə yayılırdı. Özləri də deyirdilər ki, bu şəkilləri özləri çəkiblər. İndi necə olur ki, gənclərin yayılan şəkillərindən onların özlərinin xəbəri olmur? Bu gün Müsavat və AXC arasında böyük nüfuz davası gedir və bu şəkillər həmin gənclər tərəfindən çəkilib, yayılıb”.
Ardınca E.Hüseynov spikerin məsələyə sərgilədiyi mövqeyə qarşı çıxdı: “ Bu işi kim görübsə, istər cəbhəçilər, istər polislər, mən bunu alqışlayıram və Oqtay müəllimdən fərqli olaraq, onlara “ar olsun” yox, “onlara eşq olsun” deyirəm”.
Qaynar.info