Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatına yeni sədri seçilib.Partiyanın mətbuat xidmətindən
Qaynar.info-ya verilən məlumata görə, həmin gün AMİP-in Gənclər Təşkilatının konfransında Ayxan Etibaroğlu gizli səsvermə ilə Gənclər Təşkilatının sədri seçilib.
Qeyd edək ki, Ayxan Etibaroğlu AMİP lideri Etibar Məmmədovun oğludur.
Etibar Məmmədovun "siyasi varisi"nin kimliyi maraq doğurduğundan onun sosial şəbəkələrdə bəzi müzakirələrə yol açıb.
Ayxan Etibaroğlunun "Facebook"dakı profilində ən bahalı avtomobil markalarından olan "Lamborghini" ilə Parisdə çəkdirdiyi fotolar isə daha böyük maraq doğurub.
Profilindəki məlumatlardan onun tez-tez xarici ölkələrə səfər etdiyi, "Qalatasaray" klubunun isə azarkeşi olduğu məlum olur.
Qaynar.info





