Xəbər lenti

Etibar Pirverdiyev Mingəçevirdə "Çin səddi" tikir? - FOTOLAR
Ölkə12:45 17.11.2014

Etibar Pirverdiyev Mingəçevirdə "Çin səddi" tikir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azenerji” ASC-nin prezidenti Mingəçevir şəhərində böyük bir ərazini hündür hasarlarla "blokada"ya alaraq burada yaşayan bir qrup vətəndaşı evsiz qoymaq istəyir.

Qaynar.info-nun vətəninfo.az-a istinadla verdiyi məlumata görə, Pirverdiyev öncə ərazini hündürlüyü 4-5 metr olan hündür divarlarla hasarladıb, daha sonra isə onun adamları burada yaşayan qaçqınlardan ərazini təcili tərk etməyi tələb edib.

Ərazidə aparılan tikintinin təyinatı və məqsədi ilə bağlı sakinlərə heç bir  açıqlama verilmir. Mingəçevir İcra Hakimiyyətindən isə bildiriblər ki, burada hansı tikintinin aparıldığından xəbərləri və bununla bağlı qərarları yoxdu.
Sakinlər isə şikayət etməyə qorxduqlarını bildirirlər.

Qaynar.info