Xəbər lenti

Etibar Pirverdiyevin 2 milyon yarımlıq villasının FOTOSU
Ölkə05:02 19.05.2014

Etibar Pirverdiyevin 2 milyon yarımlıq villasının FOTOSU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən həftə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevlə Elbrus Məmmədov adlı iş adamı ilə arasında əmlak davası haqda məlumat vermişdik.

Həmin məlumatda bildirilirdi ki, E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.  E. Pirverdiyevin 2 milyon 400 min manata aldığı villanın pulunun bir hissəsini hələ də vermədiyi iddia olunurdu.

“Bizim Yol” qəzeti sözügedən villanın fotosunu yayıb. Qaynar.info həmin fotonu təqdim edir.

Qaynar.info