Xəbər lenti

Etibar Pirverdiyevin ən yaxın adamı təqaüdə göndərildi (FOTO)
Ölkə10:38 11.06.2020

Etibar Pirverdiyevin ən yaxın adamı təqaüdə göndərildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev uzun illər qurumun baş mühəndisi işləmiş Həsən Həsənovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.
Qaynarinfo xəbər verir ki, Baba Rzayev bu ilin yanvar ayında Həsən Həsənovu öz ərizəsi ilə vəzifəsindən azad edərək, baş mühəndisin müavini təyin etmişdi.
O, bir müddət bu vəzifədə çalışdıqdan sonra öz istəyi ilə təqaüdə göndərilib.
Bu barədə məlumatı "MediaPost"a Həsən Həsənovun özü təsdiqləyib.
Qeyd edək ki, "Əməkdar mühəndis" adına layiq görülən Həsənov Həsən Bəşir oğlu uzun illər "Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin dövründə bu qurumun baş mühəndisi vəzifəsində çalışıb.