Xəbər lenti

ETSN: Bakı da tozun miqdarı normadan 40 faiz yuxarıdır
Ölkə14:35 29.03.2018

ETSN: Bakı da tozun miqdarı normadan 40 faiz yuxarıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
ETSN-dən Qaynarinfo-ya bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, bu ETSN-dən gün ərzində verilən 4-cü açıqlamadı. Nazirlik saat 09.00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20, saat 12.00-da 25, saat 15.00-da 32 faiz yuxarı olduğunu açıqlamışdı.