Xəbər lenti

ETX polislə birgə su kanalına atılan it məsələsini araşdırır – Hələ heç nə məlum deyil
Ölkə07:14 13.09.2021

ETX polislə birgə su kanalına atılan it məsələsini araşdırır – Hələ heç nə məlum deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda həmin videogörüntü ilə bağlı Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılma aparılır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sosial şəbəkələrdə su kanalına atılan sahibsiz itə qarşı zorakılıq faktlarını əks etdirən videogörüntüdən danışarkən deyib. 
Onun sözlərinə görə, öncə bu hadisənin harada baş verməsi açıqlanmalıdır:
"Bundan əlavə, hadisəni törədən şəxsin kimliyi də bəlli olmalıdır. Hazırda polislə birgə araşdırılma aparılır”.
Bahar Rüstəmli