Xəbər lenti

“EuroHome”dakı yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB-2)
Ölkə21:02 11.05.2020

“EuroHome”dakı yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB-2)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
"Qaynarifo" nun məlumatına görə, bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.  
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.
******23:48 
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağır verilib. 
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.  
20.25
Bakının Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.
Qeyd: Fotolar APA-ya məxsusdur.
<iframe width="768" height="500" src="https://www.youtube.com/embed/Xqe46JZGIcw" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">