Xəbər lenti

“Euronews” Azərbaycan qəsəbəsindən süjet hazırladı
Ölkə16:27 16.05.2014

“Euronews” Azərbaycan qəsəbəsindən süjet hazırladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın hazırlanması ilə başlayır"

 “Euronews” telekanalı Azərbaycanın Qəbələ rayonunun Nic qəsəbəsi haqqında süjet hazırlayıb.

ANS PRESS-in məlumatına görə, “Euronews” telekanalı Qafqaz Albaniyası dövründə yaşayanların nəsillərinin məskunlaşdıqları Azərbaycanın Qəbələ rayonunun Nic qəsəbəsi haqqında material hazırlayıb.

Telekanalın hazırladığı verilişdə kəndin qədim adət-ənənəsi haqında dolğun məlumatlar yer alıb.

Süjetdə deyilir ki, udinlər planetin ən qədim xalqlarından biridir. Onların ulu babaları haqqında ilk xatırlatmaya daha çox Herodotun yazılarında rast gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya səpələnmişlər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu burada - Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz xalqlarının qədimdən burada yaşadıqlarına inanırlar.

“Çeşmə” Udin Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakiri süjetin müəllifinə Qafqaz Albaniyasında daha 26 tayfanın yaşadığı barədə məlumat verib. Azərbaycanın alban-udin xristian icmasının səri Robert Mobili hesab edir ki, udinlər Qafqaz-İberiya dilində danışan və xristianlığın Şərq cərəyanına etiqad edən çox fərqli xalqdır.

Süjetdə deyilir ki, xristianlığın simvollarına hətta kilsəyə getməyə adət etməmiş Nic sakinlərinin məişətində də rast gəlmək mümkündür. Müəllif danışır ki, xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın hazırlanması ilə başlayır. Bu yeməyin əsas tərkib hissəsi gicitkəndir. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə yoxsulları qışın soyuğundan xilas edib.

Telekanalın hazırladığı materialda məlumat verilmişdir ki, tezliklə Nicin ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Evdar xanımların səbirsizliklə gözlədiyi bu kitabdan afar hazırlamağı asanlıqla öyrənmək mümkün olacaq.

Qaynar.info