Xəbər lenti

“EuroPlus” 3 aydır işçilərinə əmək haqqı vermir
Ölkə08:09 01.08.2013

“EuroPlus” 3 aydır işçilərinə əmək haqqı vermir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tibb müəssisələrində dərman preparatlarının tanıtımı işini həyata keçirən “EuroPlus” firması 3 aydr işçilərinə əmək haqqı vermir.

 Bizimxeber.az-a daxil olan məlumatda deyilir ki, əsasən gəncləri işə dəvət edən “EuroPlus” rəhbərliyi kifayət qədər ciddi iş rejimi qursa da, əmək haqqı məsələsində nədənsə ciddi deyil. 

Məlumata görə, 3 aydır ki, işçilər əmək haqlarını ala bilmirlər. Ən vacib məqam isə işçilərin əmək müqaviləsi olmadan işlədilməsidir. 

Məlumata görə, bir neçə ildir ki, firma rəhbərliyi məhz bu qayda ilə işləyərək əməkdaşlarını müxatəlif vədlərlə aldadır, amma əmək müqaviləsi bağlanmır. Bunu da özəl səbəbləri var ki, bu da vergidən yayınmaqdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info