Xəbər lenti

“Eurovision-2016”da iştirak sıramız bəlli oldu
Ölkə08:05 08.04.2016

“Eurovision-2016”da iştirak sıramız bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçin rəsmi yayım qurumu (STV) “Eurovision – 2016” iştirakçılarının səhnəyə çıxış sıralarını açıqlayıb. 

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, sıralama ev sahibi İsveç tərəfindən müəyyənləşdirilib. 

Bu məqamda qeyd edək ki, mahnı müsabiqəsində sıralama 2013-cü ilə kimi püşkatma yolu ilə təyin olunurdu.

Sıralamada Azərbaycan təmsilçisi Səmra Rəhimli 1-ci yarımfinalın ikinci hissəsində, 14-cü sırada çıxış edəcək.

“Eurovision” mahnı müsabiqəsinin prodüseri Christer Björkman mövzuyla bağlı açıqlama verib:

“Səhnədə 3 dəqiqə ərzində müğənni əla çıxış etməlidir. Artıq 3 ildir ki, səhnədə çıxışçıların sıralanması ev sahibi olan ölkənin üzərinə düşür. İfaçıların səhnəyə çıxışını sıralayarkən mahnılara da diqqəıt etmişik. Lirik və ritmik mahnıları qataraq rəngarənglik etməyə çalışmışıq”. 

Qaynar.info