Xəbər lenti

Ev almaq istəyənlərdən deklorasiya istənilməsi əmlak bazarında çaşqınlıq yaratdı (VİDEO)
Ölkə18:20 11.01.2024

Ev almaq istəyənlərdən deklorasiya istənilməsi əmlak bazarında çaşqınlıq yaratdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşınmaz əmlak almaq  istəyənlərdən deklorasiya tələb olunur.
Dəyəri  20 min mindən artıq olan ev, mənzil, bağ sahəsi almaq istəyənlər pulun mənbəyi ilə bağli notariusa sənəd təqdim etməlidir.
Bununla bağlı sosial şəbəkələrdə son günlər müxtəlif müzakirələr aparılır.
Məlumatı dəqiqləşdirmək üçün ilk öncə paytaxtda yerləşən bəzi notariuslarla  əlaqə saxladıq. Onlar şifahi olaraq bildirdilər ki, bəli sistemdə belə bir tələb mövcuddur. Hələ ki, sənəd tələb edilmir. Məlumatlar şifahi olaraq soruşulur. Amma gələcəkdə belə bir sənəd də tələb olunacaq. Qeyd edildi ki, bütün notariuslarda proses eyni qaydada həyata keçirilir.
Məsələyə Ədliyyə Nazirliyindən münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: