Xəbər lenti

“Ev heyvanlarını saxlamağın xərcləri artıb” - Ekspert
Ölkə11:35 14.07.2023

“Ev heyvanlarını saxlamağın xərcləri artıb” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədə tüğyan edən bahalaşma bütün sahələrdə olduğu kimi heyvan bazarından da yan keçməyib. Zoomağazalarda satılan ev heyvanları yemlərinin qiyməti artıb. Həmçinin, bayratlıq klinikalarında tibbi baxış və xidmətlər üçün də yüksək ödənişlər tələb edilir. 
Məsələni araşdırmaq üçün baytar həkim Elmar Vəliyevə müraciət etdik. 
Qaynarinfo-ya danışan veterenar vurğuladı ki, yemlərin qiymətində müşahidə olunan bahalaşma vergilərin artması ilə ilə bağlıdır:
"Əslində, yemlər fərqli olur. Super premium yemlər həmişə baha olub. Ekonom və orta klass olan yemlər nisbətən ucuzdur. Tərkibindən asılı olaraq, yemin qiyməti dəyişir.
Məsələn, yemin tərkibindəki zülalın keyfiyyəti aşağı ola bilər. Elə zülal var Fransadan gəlir, Avropa keyfiyyətli olur. Zülal da var ki, Braziliya, Argentina və ya hansısa başqa üçüncü ölkədən gəlir. Tərkibi və hansı ölkədə hazırlanması qiymətə təsirini göstərir.
Klinikalarda qiymətlərin bahalaşmasına gəlincə, hər qurumun öz siyasəti var. Əvvəllər nə KT vardı, nə MRT, elə də çox avadanlıq yox idi. Yanımıza gətirilən heyvanlara baxış keçirirdik və ödənişi 10 manat olurdu, 5 manatlıq da dərman yazırdıq. İndiki zamanda insan həkimə gedəndə deyirlər qan analizi ver, USM-ə get və s. Baytarlıq klinikaları da belədir. Artıq hamısında müasir avadanlıqlar var. Məsələn, qusma halı ilə həkimə gətirilən it və ya pişikdən analiz götürülür. Çünki qusmanın çox səbəbləri ola bilər. Heyvan yediyi yad cisimin mədə -bağırsağında qaldığı üçün qusa bilər. Ola da bilər ki, heyvanda qastrit yaranıb və ya virusa yoluxub. Bunun isə dəqiq bilinməsi üçün analiz lazımdır. Bu halda qiymətlər üst-üstə gəlir. 15-25 manat baxış və üstünə də analiz qiyməti gəlir. Baxış qiymətləri də klinikaya görə dəyişir. Elə yer var xaricdən həkim gətirir. Onlar artıq 10-15 manata baxış etmir. İstər-istəməz əcnəbi həkimi saxlamaq üçün klinika rəhbəri müəyyən vəsait xərcləyir.
Dərmanların özü də çox bahadır. Çünki dərmanların 80 faizi aptekdən alınır. İstifadə olunan preparatların cəmi 15-20 faizi baytarlığa aiddir. Qalan hamısı insanlar üçün olan dərmanlardır. Apteklərə baxın, görün qiymətlər necə qalxıb. Əvvəllər şprisi 5 qəpiyə, indi isə 25 qəpiyə alırıq. Mən hələ antibiotiki və digər preparatları demirəm. Biz də dərmanları alanda üzərinə qiymət qoymalıyıq. Bunu bazar qanunları tələb edir".
Röya Kərimli