Xəbər lenti

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Ölkə07:09 25.07.2020

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 20-də saat 10 radələrində koronavirus infeksiyasına yoluxmuş Göyçay rayonu, İnçə kənd sakini 1974-cü il təvəllüdlü Vüqar Mehdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı evi icazəsiz və tibbi maskadan istifadə etmədən tərk edərək infeksiyanın digər vətəndaşlara yoluxması təhlükəsi yaratmasına əsaslı şübhələr müəyyən edilib. 
Göyçay Rayon Prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilib. 
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.