Xəbər lenti

Evə buraxılmayan türk ərdən dəhşət - Bakıda
Ölkə06:19 14.11.2014

Evə buraxılmayan türk ərdən dəhşət - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonu ərazisində qanlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Xətai prospekti 10 ünvanında yaşayan Türkiyə vətəndaşı 36 yaşlı Atalay Əli Həsən bıçaqlanıb. 

Restoranların birində kababçı işləyən Əli Atalayı xəstəxanaya dostları çatdırıb. Hadisə barədə məlumat alan 22-ci Polis Bölməsinin əməkdaşları dərhal araşdırmalara başlayıb. 

Araşdırmalar zamanı məlum olub ki, Atalay özü özünü bıçaqlayıb. İşdən evə sərxoş gələn Əlini həyat yoldaşı evə buraxmayıb. Bu səbəbdən ərlə arvad arasında mübahisə baş verib. 

Əsəblərini cilovlaya bilməyən Atalay əlini bıçağa atıb. Əlindəki bıçağı da öz qarın nahiyyəsinə sancıb. Həkimlər əməliyyat olunan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər. 

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Qaynar.info