
Sumqayıtda 3 uşaq anası həyat yoldaşının seksual zorakılıqlarına dözə bilməyib və evdən qaçıb.
Bu barədə Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qadın birliyə pərişan halda daxil olub: “Bədəni gömgöy, üzü-gözü cırıq-cırıq idi. Qarnında bıçaq izləri var idi. Əri onu bütün günü döyürmüş. Gecələr də işgəncə ilə seksual tələblərini həyata keçirirmiş. Qadının qarnında bıçaq yarası var, deyir ki, əri onu cinsi münasibətdə olmağa məcbur edirmiş. Qadın da razı olmayanda onu hədələyirmiş, bıçaqla xəsarətlər yetirirmiş”.
M. Zeynalovanın sözlərinə görə, birliyə sığınan qadının əri evə özü ilə başqa qadınlar da gətirirmiş: “Evə eyni vaxtda bir neçə qadınla gəlirmiş. Arvadı etiraz edəndə də deyirmiş ki, öz evimdir, kimi istəsəm gətirəcəm”.Qaynarinfo.Az