Xəbər lenti

Əvəz Zeynallı cərimələnərək sərbəst buraxıldı
13:42 20.12.2017

Əvəz Zeynallı cərimələnərək sərbəst buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.
Qaynarinfo xəbər verir ki, o, 200 manat cərimələnərək sərbəst buraxılıb.
Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. 
Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Oxşar xəbərlər