Xəbər lenti

Əvəz Zeynallının səhhəti pisləşdi
Ölkə11:51 22.02.2013

Əvəz Zeynallının səhhəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət edərək səhhətində problemlər yarandığını bildirib, tibbi müalicə müəssisəsinə köçürülməsini xahiş edib.

Məlumatı “Media forum” saytına jurnalistin həyat yoldaşı Məlahət Zeynallı verib.

Əvəz Zeynallı müraciətində ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almasında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini vurğulayıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 2013-cü il fevralın 13-də dövlət ittihamçısı baş redaktora 2 il hər hansı vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il həbs cəzası verilməsini təklif edib.

Qaynar.info