
Ermənistan ordusunun uzaq mənzilli raket hücumu nəticəsində evi dağılan azərbaycanlı Mais Məmmədov əlləriylə qazaraq ailəsini dağıntılar altından qurtarıb.
Qaynarinfo xəbər verir ki, bu haqda TRT Haber-in Azərbaycandan hazırladığı reportajda deyilir.
Azərbaycan ordusunun ərazilərini qurtarmaq üçün başlatdığı əməliyyatda mövqelərini bir-bir itirdikdən sonra geri çəkilən Ermənistan ordusu cəbhə xəttindən uzaq ərazilərdə mülki yaşayış məntəqələrini hədəf almağa davam edir. Erməni ordusu dünən axşamdan bu səhərədək Beyləqana da çox sayda uzun mənzilli raket atıb.
Raketlərin düşdüyü yerdə böyük quyular əmələ gəlib, ətrafdakı bütün tikililər zədələnib.
Hücum nəticəsində Beyləqan şəhər mərkəzində yaşayan Mais Məmmədovun evi də tamamilə dağılıb və ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dağıntılar altında qalıb. Hadisələrdən bəhs edən Məmmədov ailəsinin bir möcüzə ilə xilas olduğunu deyib. Qonşusu ilə küçədə gözləyərkən təyyarə səsinə bənzər bir səs eşitdiklərini və daha sonra şiddətli bir partlayış olduğunu qeyd edən Məmmədov dərhal evlərinə qaçdıqlarını və acı bir mənzərə ilə qarşılaşdıqlarını deyib.
Dağılan evin qalıqlarını axtarmağa başladıqlarını söyləyən Məmmədov hadisəni belə təsvir edib:
"Bir uşaq əli ayağımı tutdu. Çöldə yalnız bir əl görünürdü. Qızım olduğunu başa düşdüm. Dərhal əllərimizlə qazmağa başladıq. Onları növbə ilə dağıntı altından çıxardıq. Arvadım, qızım və 3 qonağımızı xilas etdik. Bununla bizi qorxuda bilməzlər. Vətən sağ olsun! Ermənistan etdiyi namərdlikdir. Belə yüz ev şəhidlərimiz, əsgərlərimizə qurban olsun”.
Alpər