Xəbər lenti

Evində “Kalaşnikov” gizlədən şəxs saxlanıldı (FOTOLAR)
Ölkə07:39 13.02.2021

Evində “Kalaşnikov” gizlədən şəxs saxlanıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Yaşar Quliyev rayon ərazisində saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, şəxsi axtarış zamanı ondan 3,778 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Bölməsində Yaşar Quliyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun Sabunçu qəsəbəsi ərazisində yaşadığı mənzildə əlavə olaraq narkotik vasitə və odlu silah-sursat gizlətdiyi məlum olub. Qeyd edilən ünvana baxış zamanı saxlanılan şəxsə məxsus 1 ədəd "Kalaşnikov” markalı avtomat silah, içərisində 30 ədəd patron olan daraq, həmçinin 460 qram marixuana aşkar edilib. Y.Quliyev ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Y.Quliyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.