Xəbər lenti

Evlənənlərə şad xəbər: İŞ VERİLƏCƏK
Ölkə12:42 28.11.2013

Evlənənlərə şad xəbər: İŞ VERİLƏCƏK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində əksini tapıb.
 
H.Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlə təmin olunması ilə bağlı xüsusi müddəalar var: “Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.
 
Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.


Qaynar.info