Xəbər lenti

Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Ölkə18:12 12.08.2019

Evlərdən oğurluq edən şəxslər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - əvvəllər məhkum olunmuş, 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki, ümumilikdə, 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır.