Xəbər lenti

Evsiz deputatlara verilən kirayə haqqının artırılması təklif olunub
Ölkə13:30 17.11.2021

Evsiz deputatlara verilən kirayə haqqının artırılması təklif olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".