Xəbər lenti

Əvvəllər bir evin, indi isə bir elin fəxr etdiyi oğul: Şəhid Qərib Balacayev zirvəsi (VİDEO/FOTO)
Ölkə12:52 06.10.2021

Əvvəllər bir evin, indi isə bir elin fəxr etdiyi oğul: Şəhid Qərib Balacayev zirvəsi (VİDEO/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onun iki bacısı vardı. Bütün bacılar kimi arzuları da vardı. Qardaşı Qəribin toyunda sındıra-sındıra süzmək, "bəy bacısı” olub  rəqs meydançasından  çıxmamaq,  hələ lap, toyda ayaqyalın oynamaq... Bacılar  xəyallar qururdular. Böyük bacı : Filankəsin bir  qızı var, elə göyçəkdi... Vallah Qəribə də yaraşar, elə boy-buxunlarıda uyğun gələr”
Kiçik bacı onun sözünü kəsərdi: Yox e, Bəhmənkəsin qızı ondanda gözəldi. Qardaşıma elə bu qız yaraşar”
Daha sonra gülüşüb, qardaşının toy gününü təsəvvürlərinə gətirər, orda necə hərəkət edəcəklərini, gəlinlə  bəyin başına necə dolanaclarını, sevinclərini düşündükcə şirin-şirin gülümsünür, o günün tez gəlməsini arzulayırdılar.
Qaynarinfo Adalet.az-a istinadla xəbər verir ki, Qərib Nəsib kişinin yeganə oğul övladıdır. Onun hər addımında, hər hərəkətində, danışığında öz gəncliyini görürdü. Qəribin  doğulduğu gün bütün el-oba ona gözaydınlığı vermiş "böyük kişilərdən olsun " demişdilər. Bəli artıq oğlum böyük kişidir. .  Zarafat deyil, PDM sürmək də hər oğulun işi deyil”-deyən Nəsib kişi  onu hərbi geyimdə görəndə oğlu ilə qürur duyurdu
<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/1RBASt-MPHo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Balacayev Qərib Nəsib oğlu 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ailəsi Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı” olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N” saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü” kimi PDM idarə edib.
Azərbaycan Ordusunun-  XTQ əsgəri -rabitə kəsfiyyatçısı, MAHHXQH -BMP 310 baş mexannik sürücüsü Şəhid   Qərib Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. 28 sentyabrda Beyləqan rayonun Təzəkənd kəndində dəfn olunub. Vətən müharibəsi zamanı göstərdiyi igidliklərə görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",  "İgidliyə görə” medalları ilə təltif olunub.
<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/9NZ6Dpt1G1s" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Qəribin şəhadətə qovuşması, bir ailənin ən gözəl arzularını, xəyallarını  gözündə qoydu. Amma böyük bir xalqı sevincə qərq elədi! Axı, Qərib kimi igid oğulların qanı bahasına qələbə bizim olub. Doğma Qarabağ, Ağdam, Mərzili kəndi məhz Qərib kimi şəhidlərin qanı bahasına ermənilərdən təmizləndi. Bütün xalq, bütün Qarabağ, bütün Ağdam, bütün Mərzili işğaldan azad edilmiş  torpaqlarımızın sevincini yaşayır, toy-bayram edir.
Xalqını 30 illik töhmətdən qurtaran  igid şəhidlərimizin qarşısında ellikcə baş əyirik...