
"Almaniyanın ardınca Çexiya da “erməni soyqırımını” tanıya bilər".
Qaynarinfo.az xəbər verir ki, bu haqda məlumatı tanınmış politoloq Elxan Şahinoğlu verib
Politoloq bildirib ki, bu sözləri Çexiya prezidenti Miloş Zeman Ermənistana səfəri zamanı deyib.
Miloş Zeman erməni həmkarı Serj Sərkisyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, o “erməni soyqırımının” tanınması məqsədilə Çexiya parlamentinə müraciət edəcək: "Miloş Zeman onu da xatırladıb ki, o Serj Sərkisyanı iki il əvvəl Praqada qəbul edərkən də “soyqırımın” tanınması məsələsinə müsbət yanaşıb. Maraqlıdır ki, Almaniya parlamenti də Serj Sərkisyanın Berlinə səfərindən az sonra “erməni soyqırımını” tanıya qətnamə qəbul edib".
Elxan Şahonoğlu vurğulayıb ki, bu Ermənistan prezidentinin gücünü göstərmir, sadəcə, Avropa ölkələri erməni məsələsindən öz məqsədləri üçün istifadə edir, “erməni soyqırımını” tanımaq yolu ilə Türkiyənin Avropa İttifaqına yolunu bağlamaq istəyirlər.
Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 6-da qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az